Konstitusiya Məhkəməsi Kiçibəyovun şikayətinə baxıb

Konstitusiya Məhkəməsi Kiçibəyovun şikayətinə baxıb
  28 Noyabr 2017    Oxunub:2451
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a verilə məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş V.Kiçibəyovun məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 20-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti