Prezident xəstəxana və yol açılışında iştirak edib

  28 Noyabr 2017    Oxunub : 689
Prezident xəstəxana və yol açılışında iştirak edib

Bu gün Prezident İlham Əliyev Sabirabad rayonunda əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun açılışında iştirak edib.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev əsaslı şəkildə yenidən qurulmuş avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.

Ölkə başçısı Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.



Sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Həkim Elmira Zeynalova və fermer Fatma Hüseynova yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər. Sonda xatirə şəkli çəkdirilib.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Sabirabad