İran prezidenti: “Azərbaycan bizə dost dövlətdir”
Bu sözləri İran Prezidenti Həsən Ruhani dövlət televiziyasına müsahibəsində deyib. Prezident bildirib ki, hər üç dövlət Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlıdırlar və bu istiqamətdə işləri davam etdirirlər.
H.Ruhani qeyd edib ki, Azərbaycan İran ilə yaxın qonşu və dost dövlətdir. Hər iki ölkə arasında nəqliyyat, enerji, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq əlaqələri ildən-ilə inkişaf edir. (AzərTac)
AzVision.az
Teqlər: İran Azərbaycan