Ədliyyə Akademiyasında təlim kursu keçirilir
Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.
Ədliyyə Akademiyasında həmin kursun açılışı olub. Nazirliyin Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, zəruri tövsiyələr veriblər.
Kursun ilk günündə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov hüquq islahatları mövzusunda çıxış edib. Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.
AzVision.az
Teqlər: Ədliyyə-orqanları kurs