Azərbaycanda yeni səfirlik açıldı - Yenilənib (FOTO)

Azərbaycanda yeni səfirlik açıldı - Yenilənib (FOTO)
  29 Noyabr 2017    Oxunub:3231
Kosta-Rikanın Azərbaycanda səfirliyinin rəsmi açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, mərasimdə Kosta Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz və XİN rəhbərinin müavini Nadir Hüseynov iştirak edib. Mərasimə, həmçinin Azərbaycanda akreditə olan digər ölkələrin səfirləri də qatılıblar.

"Bu gün mənim ölkəm üçün olduqca əhəmiyyətli gündür. Azərbaycanda səfirliyin açılması qısa müddətdə bizim yaratdığımız dostluq əlaqələrinin göstəricisidir. Əlaqələrimizin 20 il əvvəl qurulmasına baxmayaraq, son illərdə iki ölkə arasında münasibətlər daha da inkişaf edib. Bu gün məni qəbul etdiyi üçün Azərbaycan prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Siyasi və hökumətlərarası əlaqələrimiz yüksək səviyyədədir. İndi isə xalqlarımız, biznes dairələri ölkələrimiz arasında yaranan platformanı inkişaf etdirməlidir. Ümid edirəm ki, yaxın zamanda biz San Xosedə Azərbaycan səfirliyinin açılmasının şahidi olacağıq. Bildiyiniz kimi, Kosta Rika Mərkəzi Asiya ölkələrindən Azərbaycanda səfirlik açan ilk ölkədir və biz bu təcrübəni qonşularımızla bölüşməyə hazırıq" - Manuel Qonzales Sanz çıxışında bildirib.

Nazir yeni səfirin gələn ilin əvvəllərində təyin olunacağını diqqətə çatdırıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kosta-Rika   Səfirlik  





Xəbər lenti