Kosta-Rika XİN: “Qarabağın sülh yolu ilə həllinin tərəfdarıyıq”

Kosta-Rika XİN: “Qarabağın sülh yolu ilə həllinin tərəfdarıyıq”
  29 Noyabr 2017    Oxunub:1678
"Dağlıq Qarabağ münaqişəsi olduqca həssasdır. Bizim ölkəmiz sülhpərvər ölkədir və biz beynəlxalq hüquq və normalara, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşırıq"
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz deyib.

"Biz dünyanın müxtəlif nöqtələrində olan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Dağlıq Qarabağ münaqişəsi də bu baxımdan istisna təşkil etmir. Biz dünyada sülhün olmasının tərəfdarıyıq. Dünyanın bir çox yerlərində münaqişələr mövcuddur. Ümid edirik ki, münaqişə tərəflərin iştirakı ilə danışıqlar və dialoq yolu ilə yaxın vaxtlarda öz həllini tapacaq", - deyə nazir vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Qarabağ   Kosta-Rika  





Xəbər lenti