Naxçıvanda snayperlərin təlim toplantısı keçirilir - FOTOLAR

Naxçıvanda snayperlərin təlim toplantısı keçirilir - FOTOLAR
  29 Noyabr 2017    Oxunub:2303
2017-ci ilin döyüş hazırlığı planına əsasən Əlahiddə Ümumqoşun Orduda snayperlərin təlim toplantısı keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, toplantıda əsas diqqət çətin relyef və kəskin iqlim şəraitinə malik olan Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanmasına yönəldilib.



Məşğələlər zamanı hədəfin aşkar edilməsi, ona gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilir.



Bölmələrin silahlanmasındakı müxtəlif ölkələrin, eləcə də milli müdafiə sənayemizin istehsalı olan müasir snayper tüfəngləri tapşırıqdan, ərazidən, məsafədən və digər faktorlardan asılı olaraq hərbi qulluqçular tərəfindən təyinatına görə tətbiq olunur.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Naxçıvan  





Xəbər lenti