Azərbaycanın baş konsulu sədr təyin edildi

Azərbaycanın baş konsulu sədr təyin edildi
  30 Noyabr 2017    Oxunub:1857
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Los Anceles Konsulluq Korpusunun (LAKK) sədri (duayeni) təyin olunaraq, 29 noyabr 2017-ci il tarixindən səlahiyyətlərinin icrasına başlayıb. LAKK ABŞ-ın Los Anceles şəhərində akkreditə olunmuş dünyanın 105 dövlətinin baş konsullarını və fəxri konsullarını birləşdirir. Nyu York şəhərindən sonra LAKK dünyada ikinci ən böyük konsulluq korpusudur.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzVision.az-a verilən xəbərə görə, LAKK-ın duayeni Los Ancelesdə fəaliyyət göstərən bütün konsulluq korpusunu təmsil edir və buradakı şəhər, stat və federal qurumlarla, eləcə də digər təşkilatlarla korpusun münasibətlərinin qurulması və tənzimlənməsinə rəhbərlik edir.

Baş konsul Nəsimi Ağayev 29 noyabrda Los Ancelesdə akkreditə olunmuş bütün baş konsullara və fəxri konsullara məktub ünvanlayaraq öz müxtəlifliyi və multikulturalizmi ilə seçilən Los Anceles şəhərində konsulluq korpusunun fəaliyyətinin daha da təkmilləşdirilməsi naminə korpusun bütün üzvləri ilə sıx əməkdaşlığa ümid etdiyini bildirib.

Qeyd olunmalıdır ki, 2005-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının ABŞ-ın Los Anceles şəhərindəki Baş Konsulluğu Kaliforniya ştatı da daxil olmaqla, ABŞ-ın 13 qərb ştatına məsuldur.

AzVision.az


Teqlər: Konsul  





Xəbər lenti