Çavuşoğlu Bakıda pakistanlı həmkarı ilə görüşüb

Çavuşoğlu Bakıda pakistanlı həmkarı ilə görüşüb
  30 Noyabr 2017    Oxunub:1070
Bakıda Pakistanın xarici işlər naziri Havaca Məhəmməd Asiflə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında təkbətək görüşü keçirilib.
AzVision.az xəbər verir ki, görüş zamanı ikitərəfli, həmçinin regional məsələlər müzakirə edilib.

Qeyd edək ki, təkbətək görüşlərdən sonra Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Pakistanın XİN başçısı Havaca Məhəmməd Asif iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Çavuşoğlu  





Xəbər lenti