Azərbaycan Pakistandan təlim təyyarələri alacaq

Azərbaycan Pakistandan təlim təyyarələri alacaq
  30 Noyabr 2017    Oxunub:2098
Azərbaycan təlim təyyarələrinin alınması ilə bağlı Pakistanla müqavilə imzalayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan müdafiə sənayesini inkişaf etdirməlidir. Təsadüfi deyil ki, Azəbaycan və Pakistan arasında müştərək komissiyanın rəhbəri müdafiə sənayesi naziri Yavər Camalovdur. Bu yaxınlarda Azərbaycan təlim təyyarələrinin alınması ilə bağlı Pakistanla müqavilə imzalayacaq" - nazir deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   XİN   Pakistan   Təyyarə  





Xəbər lenti