Ərdoğan Putinlə hər iki görüşdə Qarabağı müzakirə edib

Ərdoğan Putinlə hər iki görüşdə Qarabağı müzakirə edib
  30 Noyabr 2017    Oxunub:1674
"Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllində maraqlıdır".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin ilk üçtərəfli görüşünün yekununda deyib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu ay keçirdiyi hər iki görüş zamanı Qarabağ münaqişəsini müzakirə edib:

“Ərdoğan Rusiya qərarlı olarsa, bu məsələnin həll olunacağını, bu təşəbbüsün də Türkiyə tərəfindən dəstəklənəcəyini bildirib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı daima təmasdadır. Biz münaqişənin nizamlanması ilə bağlı Azərbaycan tərəfinin qəbul edəcəyi istənilən həll yolunu dəstəkləyirik. Ötən gün mən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdüm. Biz onlara daha aktiv, daha qərarlı və daha səmərəli olmalarını bildirdik. Biz Ankara olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Qarabağ   Çavuşoğlu  





Xəbər lenti