Kursantların təlim atışları keçirilib - Fotolar

Kursantların təlim atışları keçirilib - Fotolar
  30 Noyabr 2017    Oxunub:1246
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) kursantlarının tədris planına və proqramına uyğun olaraq “Qaraheybət” Təlim Mərkəzində şəxsi heyətin bütün ixtisaslar üzrə intensiv hazırlığı həyata keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, gecə və gündüz təlim sahələrində, avadanlıqla təchiz edilmiş yerlərdə, həmçinin atış poliqonlarında gələcəyin zabitlərinin hazırlığı aparılır.



Təlim atışlarının təşkili və icrası qoşunlarda xidmətin ilk günündən tələb olunan metodiki və praktiki vərdişlərin aşılanmasının nəzərə alınması ilə keçirilir.




AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti