Oqtay Əsədov Çavuşoğlu ilə görüşüb

Oqtay Əsədov Çavuşoğlu ilə görüşüb
  30 Noyabr 2017    Oxunub:1557
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan-Türkiyə dostluq münasibətlərindən danışıb. Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edib. Bildirib ki, parlamentlərarası əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnunluğunu bildirib. Qeyd edib ki, ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində görülən işlər çox önəmlidir. Türkiyə-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən nazir dost ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti