Prezident rumıniyalı həmkarını təbrik edib

Prezident rumıniyalı həmkarını təbrik edib
  30 Noyabr 2017    Oxunub:1295
Azərbaycan prezidenti İlham Əliyev rumıniyalı həmkarı Klaus Verner İohannisi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Rumıniyanın milli bayramı – Birlik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan ilə Rumıniyanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, daim genişlənən dostluq əlaqələrimiz, ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam edən əməkdaşlığımız bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına töhfələr verəcək. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Rumıniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti