ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir

ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir
  01 Dekabr 2017    Oxunub:1246
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə təmizləmə əməliyyatları aparıb.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 43 616 kv.m (4.36 ha) ərazi tam təmizlənib, 22 400 kv.m (2.24 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Əməliyyatlarda 56 nəfər iştirak edir.





AzVision.az


Teqlər: ANAMA   Cocuq-Mərcanlı  





Xəbər lenti