"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib" - Prezident

"Azərbaycan Əfqanıstanın inkişafına töhfə verib" - Prezident
  01 Dekabr 2017    Oxunub:1693
Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesi dialoq və əməkdaşlığın əhəmiyyətli prosesi kimi görür. Bu proses Əfqanıstanın inkişafına töhfə verəcək".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.
“Azərbaycan Əfqanıstanın inkişafına öz töhfəsini verib. Beynəlxalq səviyyədə sərhədlərin tanınması və qorunması regional təhlükəsizliyin əsas şərti, dünyada təhlükəsizliyi təmin edən amildir. Bunlar, “Asiyanın Qəlbi” - İstanbul Prosesinin də əsasını təşkil edir və nazirlərin bəyanatında öz əksini tapıb”.

Prezident vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmiryolu Əfqanıstanın dünya bazarına çıxmasına imkan verəcək: “Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi Əfqanıstan mallarının dünya bazarına daha qısa zamanda çıxmasına şərait yaradacaq. Biz Əfqanıstanı ticarət, nəqliyyat üçün əsas mərkəz kimi görürük. Əfqanıstanla əməkdaşlıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil, təhlükəsizlik məsələsində də əməkdaşlıq vacibdir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Konfrans  





Xəbər lenti