Əfqanıstan prezidenti: "Azərbaycanın qərarını alqışlayırıq"

Əfqanıstan prezidenti: "Azərbaycanın qərarını alqışlayırıq"
  01 Dekabr 2017    Oxunub:1777
"Biz son üç il ərzində terrorla mübarizədə böyük nailiyyətlər əldə etmişik. Hazırda narkotik satan terror təşkilatlaraına qarşı hücuma keçmişik"

AzVision.az xəbər verir ki, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.
"Əfqanıstan 5 antiterror əməliyyatından 4-nü NATO və ABŞ hərbçilərinin dəstəyi olmadan həyata keçirir. Əfqanıstan Silahlı Qüvvələri istənilən hərbi əməliyyatları keçirmək iqtidarındadır. Biz Əfqanıstan Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində səylərimizi davam etdiririk və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin dəstəyini hiss edirik. Azərbaycan hərbçilərinin Əfqanıstanda xidmət aparmasından məmnunuq və bu yaxınlarda Azərbaycan tərəfinin Əfqanıstanda sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı qərarını alqışlayırıq" - Əfqanıstan Prezidenti çıxışında deyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Əfqanıstan   Prezident  





Xəbər lenti