Türkiyəli general Bakıda aviabazaları ziyarət edib - FOTOLAR

Türkiyəli general Bakıda aviabazaları ziyarət edib - FOTOLAR
  01 Dekabr 2017    Oxunub:1871
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.



Türkiyə nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   General  





Xəbər lenti