Çavuşoğlu Azərbaycana təşəkkür etdi

Çavuşoğlu Azərbaycana təşəkkür etdi
  01 Dekabr 2017    Oxunub:1017
"Beynəlxalq ictimaiyyətinin dəstəyi nəticəsində Əfqanıstan son 16 ildə nailiyyətlər əldə edib"
AzVision.az xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Görüləcək işlərin çox olduğunu deyən nazir vurğulayıb ki, bu istiqamətdə dialoq qurulmalıdır: "Biz Əfqanıstanı sabit və təhlükəsiz ölkə kimi görürük. Bu istiqamətdə səylərimizi davam etdirik. İştirak etdiyimiz konfransı təşkil etdiyi üçün Azərbaycana təşəkkürümü bildirirəm. Gələn il də həmsədr ölkə kimi Türkiyə olaraq bu tədbiri keçirməkdən məmnunluq hissi keçiririk".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti