“Azərbaycan İranın yaxşı qonşusudur” - Zərif

“Azərbaycan İranın yaxşı qonşusudur” - Zərif
  01 Dekabr 2017    Oxunub:1988
"İranla Azərbaycan arasında çox gözəl əlaqələr var"
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

XİN rəhbəri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü deyib: "Azərbaycan prezidenti ilə görüşüm oldu və biz energetika sahəsi, Xəzər məsələsi, Rusiya-Azərbaycan-İran və Türkiyə-Azərbaycan-İran arasında əlaqələri, həmçinin Azəbaycanla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə etdik. Azərbaycan İranın yaxşı qonşusudur və biz bu əlaqələri ciddi şəkildə müzakirə etdik".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İran   XİN  





Xəbər lenti