Prezident: “Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”

Prezident: “Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik”
  01 Dekabr 2017    Oxunub:1628
"Bu, sizin ölkəmizə artıq üçüncü səfərinizdir. Eyni zamanda, bizim bir çox beynəlxalq tədbirlər zamanı görüşmək imkanımız olub. Çox yaxşı şəxsi münasibətlərimiz qurulub. Həmçinin ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Əvvəlcə, mən Sizi və hökumətinizi ölkənizdə inkişaf sahəsində əldə etdiyiniz nailiyyətlərə görə təbrik etmək istərdim. Yanaşmanız Əfqanıstan üçün islahatların yaxşı sürətlə getməsini mümkün etdi. Şadam ki, əməkdaşlığımızın bir hissəsi islahatlarla, xüsusən də dövlət sektoru və digər sahələrlə bağlıdır".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni ilə geniş tərkibdə görüşdə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Əfqanıstan dost və tərəfdaş ölkələrdir.

"Çox güclü siyasi münasibətlərimiz var. Bir-birimizi beynəlxalq təşkilatlarda dəstəkləyirik. İqtisadi və ticari sahələrdə böyük potensial mövcuddur. Bunları Sizinlə artıq müzakirə etdik. Onların sırasında daşımalar və enerji sahələri var. Mən ikitərəfli iqtisadi fəaliyyət sahəsində çox sıx çalışmaq üçün aidiyyəti rəsmi şəxslərə müvafiq göstərişlər vermişəm", - deyə prezident İlham Əliyev bildirib.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti