“Ehtiyac meyarı prezidentin göstərişi ilə artırılıb” - Nazir

“Ehtiyac meyarı prezidentin göstərişi ilə artırılıb” - Nazir
  01 Dekabr 2017    Oxunub:1858
“Dövlət büdcəsi sosial yönümlüdür. Cənab prezidentin tapşırığı ilə ehtiyac meyarının həddi 116 manatdan 130 manata qaldırılıb. Bu, Azərbaycanda ünvanlı sosial yardım alan ailələrə düşən orta aylıq məbləğin 14 manat artmasına gətirib çıxaracaq, gələn il bir ailəyə düşən məbləğin 175 manata çatmasına səbəb olacaq”.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, dövlət başçsının diqqəti sosial problemlərin həllinə yönəlib: “Büdcə müzakirəsindən sonra edilən dəyişiklik sosial xarakter daşıyır. Növbəti ildə əhalinin aztəminatlı təbəqəsinin sosial ödənişləri, müxtəlif sosial müavinətlərlə və ünvanlı sosial yardımlarla təmin olunması diqqət mərkəzində olacaq. Artırılan məbləğin onlara çatdırılmasında problem olmayacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Səlim-Müslümov   Nazir  





Xəbər lenti