“Azərbaycan sülhün təmin olunmasında böyük rol oynayır" - Sekuta

“Azərbaycan sülhün təmin olunmasında böyük rol oynayır" - Sekuta
  01 Dekabr 2017    Oxunub:1956
“ABŞ Azəbaycanın “Asiyanın Qəlbi – İstanbul Prosesi”ndəki önəmli rolunu davam etdirməsini alqışlayır”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında deyib.
Diplomatın sözlərinə gröə, Azərbaycan ordusu ABŞ və NATO hərbçiləri ilə birgə çiyin-çiyinə xidmət aparır: “Azərbaycanın Əfqanıstanda sülh və sabitliyə verdiyi töhfəni dəstəkləyirik. Mən prezident İlham Əliyevin və Azərbaycanın bu prosesin irəli aparılmasında göstərdiyi işləri vurğulmaq istəyirəm. Azərbaycan göstərir ki, həm Əfqanıstanda, həm də daha geniş regionda sülh və əmin amanlığın təmin olunmasında böyük rol oynamağa hazırdır”.

Səfir əlavə edib ki, Birləşmiş Ştatlarla və Azərbaycanın əməkdaşlıq etdiyi sahələrdən biri də məhz Əfqanıstanda sabitlik və əmin-amanlığın təmin olunmasıdır. O, qeyd edib ki, ABŞ bütün ölkələri terrorla mübarizədə Əfqanıstana dəstəyə çağırır və bu prosesin irəli aparılmasını, möhkəmləndirilməsini arzulayır: “Azərbaycan sülhün və əmin-amanlığın əldə olunmasında xüsusilə Əfqanıstanda çox önəmli işlər görüb. Azərbaycanın sülhməramlı qüvvələrinin Əfqanıstanda iştirakı, hava məkanının koalisiya qüvvələrinə təqdim etməsi, Bakı -Tbilisi -Qarsın istismara verilməsi, İpək yolunun bərpa edilməsi çox önəmli töhfələrdir. Bu töhfələr Əfqanıstanın dünyanın müxtəlif regionları ilə daha sıx əlaqələr qurmağa kömək edir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Azərbaycan   Sekuta  





Xəbər lenti