Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu

Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu
  01 Dekabr 2017    Oxunub:2229
“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransının yekununda Bakı Bəyannaməsi qəbul olunub.
AzVision.az xəbər verir ki, sənəddə konfrans iştirakçıları Əfqanıstanın təhlükəsizliyi, sabitliyi və rifahının təmin edilməsi üçün gələcək tədbirlərin vacibliyini vurğulayıblar.

Qeyd dək ki, konfransda Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Səlahuddin Rabbani və xarici işlər naziri, eləcə də Türkiyə, Pakistan, İranın xarici işlər naziri, Hindistanın xarici işlər üzrə dövlət naziri, Qırğız Respublikası, Qazaxıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirinin müavini, Rusiya və Çinin Əfqanıstan üzrə xüsusi nümayəndələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından nümayəndə heyətləri, həmçinin BMT Baş katibinin Əfqanıstan üzrə və Orta Asiya üzrə xüsusi nümayəndələrinin iştirak edib.

İstanbul prosesini dəstəkləyən dövlətlər olaraq, Böyük Britaniya Baş nazirinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, ABŞ Dövlət Departamentinin Cənub və Mərkəzi Asiya üzrə nümayəndəsi, Yaponiya, İspaniya və Norveçin Əfqanıstan üzrə xüsusi təmsilçiləri, İtaliya, Kanada, Danimarka, Fransa, Finlandiya, Polşa, Misir, İsveç və digər dövlətlərin Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli nümayəndə heyətləri iştirak ediblər.

Eyni zamanda İstanbul Prosesini dəstəkləyən beynəlxalq təşkilatlar olaraq Avropa İttifaqı adından Estoniyanın xarici işlər naziri, NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Şurasının baş katibləri, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Quruculuğu Konfransının icraçı direktor müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin müavininin və digər beynəlxalq təsisatların təmsilçilərinin iştirak edib.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: Bakı   Bəyannamə  





Xəbər lenti