Qalmaqallı liseyə yeni direktor təyin edildi

Qalmaqallı liseyə yeni direktor təyin edildi
  01 Dekabr 2017    Oxunub:2922
Məktəb-Lisey Kompleksinin sabiq direktoru Hüseynov Qafar Möhsün oğlu ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 15 noyabr 2017-ci il tarixdə ləğv edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən xəbərə görə, Bakı şəhəri 95 nömrəli tam orta məktəbin sabiq direktoru Babayev Fuad Polad oğlu 27 noyabr 2017-ci il tarixindən Məktəb-Lisey Kompleksinə direktor vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri Q. Hüseynovun işdən çıxarılmasını əsas gətirərək etiraz aksiyası keçirmişdilər.

Aytən Zəhra
AzVision.az


Teqlər: Lisey  





Xəbər lenti