“Bakı bəyannaməsi əhəmiyyətli sənəddir” – Araz Əzimov

“Bakı bəyannaməsi əhəmiyyətli sənəddir” – Araz Əzimov
  01 Dekabr 2017    Oxunub:1845
“Biz Əfqanıstanla dostluq və qardaşlıq münasibətlərimizdən məmnunuq. Münasibətlərin tarixi əsası var və birgə səylərə əsaslanır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Onun sözlərinə görə, bu gün ikitərəfli əsasda imzalanan sənədlər əlaqələri daha da gücləndirəcək:

“İstanbul prosesi region ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. Biz Əfqanıstanın müstəqilliyi və suverenliyini dəstəkləyən proseslərdə maraqlıyıq. Təhlükəsizlik və iqtisadiyyat sahələrində bir sıra naəliyyətlər əldə olunub. Biz həmsədrlik missiyamızı uğurla başa çatdırmışıq. Bakı bəyannaməsi əhəmiyyətli sənəddir.

Bu sənəd bizi siyasi bəyanatlardan paraktik işlərə sövq edir və gələn il yeni həmsədr kimi Türkiyəyə bu addımları reallaşdırmaq üçün yeni alətlər verir. Biz həmsədr olaraq Əfqanıstana dəstək çərçivəsində bu ölkənin dostu olaraq qalırıq. Bu il Əfqanıstan üçün İstanbul prosesi çərçivəsində uğurlu il oldu”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan  





Xəbər lenti