Elnur Hüseynzadə ailəsinə məktub göndərib

Elnur Hüseynzadə ailəsinə məktub göndərib
  02 Dekabr 2017    Oxunub:2601
Bu ilin fevral ayında cəbhənin Talış kəndi istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı Elnur Hüseynzadə ailəsinə məktub göndərib.
Bu barədə AzVision.az-a girovun atası Elman Hüseynzadə bildirib: “20 gün əvvəl Elnurdan məktub almışıq. Məktubda vəziyyətinin normal olduğunu qeyd edib. Hər kəsə salam deyib. Beynəlxalq təşkilatın vasitəsi ilə Elnura cavab məktubu yazmışıq”.

Xatırladaq ki, Elnur Hüseynzadə bu ilin fevral ayında cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Onun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Rasim İbrahimov
AzVision.az


Teqlər: Elnur-Hüseynzadə  





Xəbər lenti