Ramil Usubov Sumqayıtda qəbul keçirib

Ramil Usubov Sumqayıtda qəbul keçirib
  02 Dekabr 2017    Oxunub:3534
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Sumqayıt şəhərində növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, Şəhər Polis İdarəsində Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər və rayonlarının qəbul üçün müraciət edən 44 sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

AzVision.az


Teqlər: Ramil-Usubov   Sumqayıt   DİN  





Xəbər lenti