Qubanın yeni icra başçısı işə başladı

Qubanın yeni icra başçısı işə başladı
  04 Dekabr 2017    Oxunub:5581
Quba rayon İcra Hakimiyyətinin yeni başçısı Ziyəddin Əliyev dekabrın 2-dən vəzifəsinin icrasına başlayıb.

Bu barədə AzVision.az rayon icra hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Z.Əliyev dekabrın 2-də kollektivə təqdim olunub və vəzifəsinin icrasına başlayıb, hazırda iş başındadır.
Qeyd edək ki, prezident İlham Əliyev sərəncam ilə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Qəhrəman oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə Z.Əliyev təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Quba   İcra-başçısı  





Xəbər lenti