Cəngi etno-caz qrupu Fransada konsert verib - Fotolar

  04 Dekabr 2017    Oxunub : 453
Cəngi etno-caz qrupu Fransada konsert verib - Fotolar

Fransanın Uaz departamentinin Silly-Thillard şəhərində Cəngi caz qrupunun iştirakı ilə Azərbaycan etno-caz musiqisindən ibarət konsert keçirilib.

Azərbaycanın Dostları Assosiasiyasından AzVision.az-a verilən xəbərə görə, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı ilə keçirilən konsert xərçəng xəstəliyinə qarşı mübarizə edən liqaya yardìm etmək üçün karitativ məqsədlə həyata keçirilib. Silly-Thillard şəhərinin meri Jan Vertadye tədbiri açaraq, konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycan Dostlari Assosiasiyasına belə gözəl təşəbbüs üçün təşəkkür edib.



Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel söz alaraq ilk öncə assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihləri haqqında danişıb. O, Azərbaycan barədə tamaşıçılara məlumat verərək onun qədim tarixə və mədəniyyətə malik olduğunu deyib. O həmçinin Azərbaycanın Ermənistanla uzun illər boyu davam edib, həllini tapa bilməyən Qarabağ münaqişəsi, ölkənin 20 faiz torpaqşqrının işğal altında olması barədə tamaşaçiları məlumatlandırıb.



Jan Fransua Mansel qeyd edib ki, bu kimi layihlər Azərbaycan musiqisini Fransada təbliğ etməklə yanaşı, azərbaycanlıların qədim və zəngin mədəni irsə malik olduqlarını sübut edir. O, Azərbaycan musiqisini Avropada təbliğ etmək üçün Etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib. Daha sonra Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyəva Azərbaycan musiqisi və Cəngi qrupu haqqında məlumat verib. O, Muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamin UNESCO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib.



1992-ci ildə məşhur caz ustasi və bəstəkar Rafiq Babayev tərəfindən bünovrəsi qoyulan Cəngi qrupu, 2002-ci ildən etibarən Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), İsgəndər Ələsgərov (zərb alətləri) Vasif Hüseynzadə (piano), Ruslan Hüseynov (bas gitara) kimi istedadlı musiqiçilərdən ibarət olan Cəngi qrupu, geniş kolorotli repertuarları ilə tamaşaçıların böyük rəğbətini qazandılar.



Onu da qeyd edək ki, Cəngi qrupu müxtəlif beynəlxalq festivallarda iştirak edərək Azərbaycanın milli sərvəti olan Muğam və caz janrını sintez edərək onu yeni çalarlarla, özünəməxsus impovizasiyalarla musiqisevərlərə çatdırır.



AzVision.az

Teqlər: Azərbaycanın-Dostları-Assosiasiyası