Yeni icra başçısı bundan əvvəl hansı vəzifədə işləyib?

Yeni icra başçısı bundan əvvəl hansı vəzifədə işləyib?
  04 Dekabr 2017    Oxunub:34504
Ötən həftə prezident İlham Əliyevin sərəncam ilə Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Qəhrəman oğlu Məmmədov tutduğu vəzifədən azad edilib. Onun yerinə Ziyəddin Əliyev təyin edilib.
AzVision.az-ın əldə etdiyi məlumata görə, Qubanın yeni icra başçısı Z.Əliyev bu vəzifəyədək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Bakı 2 №-li Yol İstismarı MMC-nin rəhbəri olub.

Yeni icra başçısı artıb kollektivə təqdim olunub və yeni vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z.Əliyev prezidentin 20 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Quba   İcra-başçısı   Azəravtoyol  





Xəbər lenti