Zeynab Kazımova mətbuat katibi təyin edilib

Zeynab Kazımova mətbuat katibi təyin edilib
  04 Dekabr 2017    Oxunub:1632
Azərbaycan Xalça Muzeyinə yeni mətbuat katibi təyin olunub.
AzVision.az xəbər verir ki, bu vəzifəyə Azəırbaycanın fransızdilli mətbu orqanı olan "Le Carrefour" (Yol qovşağı) qəzetinin təsisçisi və baş redaktoru Zeynab Kazımova təyinat alıb.

Qeyd edək ki, Z.Kazımova bundan əvvəl Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, daha sonra isə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: Zeynəb-Kazımova  





Xəbər lenti