Kursantlar döyüş atışlarını icra edib - FOTOLAR

Kursantlar döyüş atışlarını icra edib - FOTOLAR
  04 Dekabr 2017    Oxunub:1503
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırlığın yekun mərhələsində şəxs heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib.



Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Təlim  





Xəbər lenti