Prezident kralı təbrik edib

Prezident kralı təbrik edib
  04 Dekabr 2017    Oxunub:1585
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaçiralonqkorna təbrik məktubu ünvanlayıb.
AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Tailand xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti