Maksim Medvedev: “Təzyiqsiz meydana çıxacağıq”

Maksim Medvedev: “Təzyiqsiz meydana çıxacağıq”
  05 Dekabr 2017    Oxunub:1550
“Son oyunumuza gəlmişik. Rəqibi tanıyırıq, təzyiqsiz meydana çıxacağıq”.
AzVision.az xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev “Roma” klubu ilə oyunöncəsi deyib.

M.Medvedev bildirib ki, yaxşı oyun nümayiş etdirməyə çalışacaqlar: ““Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək. “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdur. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər”.

AzVision.az


Teqlər: QarabağFK   Maksim-Medvedev  





Xəbər lenti