Hacı Məmmədov dəfn edilib - Yenilənib

Hacı Məmmədov dəfn edilib - Yenilənib
  05 Dekabr 2017    Oxunub:4557
İntihar edən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov bu gün dəfn edilib.
H. Məmmədovun vəkili Afət Qaziyeva AzVision.az-a bildirib ki, meyitin harada dəfn edilməsi ailə üzvləri tərəfindən gizli saxlanılır.

Qeyd edək ki, dekabrın 3-də H.Məmmədov müalicə olunduğu Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə müəssisəsində özünü asıb. Onun meyiti müalicə müəssisəsində asılmış vəziyyətdə tapılıb.

***

Həbsxanada intihar etmiş Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti Patoloji Anatomiya Bürosunda yarılaraq müayinə olunub.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən AzVision.az-a verilən xəbərə görə, Hacı Məmmədovun meyiti bu gün ailəsinə təhvil verilib.

AzVision.az



Teqlər: Hacı-Məmmədov  





Xəbər lenti