“ASAN xidmət” Monteneqro mətbuatında
Belə ki, portalanalitika.me, predsjpol.gov.me, pinkm.me, mecdm.me, standard.co.me və digər mətbuat orqanlarında dərc olunun məqalələrdə “ASAN xidmət”in Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatların çərçivəsində təsis edildiyi vurğulanıb, Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.
Qeyd olunub ki, paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən 250-dan çox xidmət göstərilir.
Monteneqro mətbuatında dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.
1.https://m.cdm.me/drustvo/sva-dokumenta-na-jednom-mjestu-dostupna-podgoricanima-za-dvije-godine/
2.https://azvision.az/redirect.php?url=http://www.predsjpol.gov.me/potpredsjednik
3.https://azvision.az/redirect.php?url=http://www.mju.gov.me/vijesti/179203/Potpisan-Memorandum-o-razumijevanju-izmedu-Ministarstva-javne-uprave-i-Drzavne-agencije-za-javne-usluge-i-socijalne-inovacije-AS.html
4.https://azvision.az/redirect.php?url=http://www.pinkm.me/glavne/crna-gora-i-azerbejdzan-jacaju-saradnju-u-oblasti-javnih-usluga/
5.https://azvision.az/redirect.php?url=http://standard.co.me/index.php/drustvo/item/4813-potpisan-memorandum-o-razumijevanju-ministarstva-javne-uprave-i-drzavne-agencije-za-javne-usluge-i-socijalne-inovacije
6.https://azvision.az/redirect.php?url=http://m.portalanalitika.me/clanak/287991/potpisan-memorandum-o-razumijevanju-izmedu-ministarstva-javne-uprave-i-drzavne-agencije-za-javne-usluge-republike-azerbejdzan
AzVision.az
Teqlər: ASAN-xidmət