Baş prokuror: Saakaşvilini Yanukoviçin yaxınları maliyyələşdirib

Baş prokuror: Saakaşvilini Yanukoviçin yaxınları maliyyələşdirib
  05 Dekabr 2017    Oxunub:1872
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada keçirdiyi aksiyaları sabiq dövlət başçısı Viktor Yanukoviçin yaxınları maliyyələşdirib.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bu gün keçirdiyi brifinqdə bildirib.

Y.Lutsenko qeyd edib ki, Saakaşvilinin məqsədi Ukraynada hakimiyyəti devirmək olub. Onun sözlərinə görə, Saakaşviliyə Yanukoviçin yaxını, ukraynalı iş adamı Sergey Kurçenko pul ayırıb: “Saakaşvilinin ətrafı aksiyalar üçün təxminən 500 min dollar alıb”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna   Saakaşvili  





Xəbər lenti