Məmmədyarov Vyanaya işgüzar səfərə gedib

Məmmədyarov Vyanaya işgüzar səfərə gedib
  06 Dekabr 2017    Oxunub:1229
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyanaya işgüzar səfərə yola düşüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, E.Məmmadyarov səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və dekabrın 7-8-də keçiriləcək ATƏT-in Nazirlər Şurasının 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında nazir Elmar Məmmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

AzVision.az


Teqlər: XİN   Azərbaycan   Məmmədyarov  





Xəbər lenti