İrəvanda Azərbaycan konfeti satılır

İrəvanda Azərbaycan konfeti satılır
  06 Dekabr 2017    Oxunub:6014
Ermənistanın paytaxtı İrəvanda Azərbaycanda istehsal olunan konfetlər aşkarlanıb.

AzVision.az xəbər verir ki, bu barədə “Arovat” qəzeti məlumat yayıb.
“Konfetləri evimin yaxınlığında olan mağazadan aldım. Onları yedikdən sonra istehsalçını axtardım. İlk iki səhifədə heç bir məlumat yox idi. Üçüncü səhifədə isə lupa vasitəsilə mən bunları oxuya bildim: “Şirin MMC” B.Bünyatov keçəsi 17a, Bakı, Azərbaycan”, - deyə nəşrn yaydığı məlumatda bildirilib.

Ehtimal edilir ki, Azərbaycan məhsulları Gürcüstan bazarlarından alınaraq Ermənistanda satışa çıxarılır.

Qeyd edək ki, bundan öncə İrəvanda Azərbaycanda yetişdirilən almaların satışı Ermənistanda böyük rezonans doğurmuşdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Azərbaycan  





Xəbər lenti