Xidməti vəsiqələrin verilməsi qaydası müəyyənləşdi

Xidməti vəsiqələrin verilməsi qaydası müəyyənləşdi
  06 Dekabr 2017    Oxunub:2146
Dövlət qulluqçsunun xidməti vəsiqəsinin verilməsi qaydası müəyyənləşib.
AzVision.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna yeni 15-2-ci maddə (Dövlət qulluqçsunun xidməti vəsiqəsi) əlavə edilir.

Yeni maddəyə görə, dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

Xidmət vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Dövlət-qulluqçusu  





Xəbər lenti