XİN rəhbəri həmsədrlərlə Qarabağı müzakirə edib - Yenilənib (FOTO)

XİN rəhbəri həmsədrlərlə Qarabağı müzakirə edib -  Yenilənib (FOTO)
  07 Dekabr 2017    Oxunub:2340
Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.

XİN rəsmisi qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.



AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Vyana  





Xəbər lenti