Transxəzər Nəqliyyat Marşrutu üzrə yeni tariflər müəyyənləşdiriləcək

Transxəzər Nəqliyyat Marşrutu üzrə yeni tariflər müəyyənləşdiriləcək
  07 Dekabr 2017    Oxunub:1317
Qazaxıstanın paytaxtı Astanada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.
Bu barədə AzVision.az-a Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən məlumat verilib.

Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu və dəniz daşınmaları ilə məşğul olan rəsmiləri iştirak ediblər.

Tədbirdə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında, Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə, bu istiqamətə yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Eyni zamanda rəqabətə davamlı tariflərin müəyyənləşdirilməsi məsələsi də müzakirə predmeti olub.
Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

AzVision.az


Teqlər: Astana   Tarif  





Xəbər lenti