Məmmədyarov-Nalbandyan görüşü başa çatdı - Yenilənib
Vyanada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi müzakirə olunub.
Hələlik görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, XİN rəhbərlərinin Vyana görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) iştirak edib.
***
(21:20)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vyanada Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşü başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılır.
AzVision.az
Teqlər: XİN Məmmədyarov Nalbandyan