Bakı-Novorossiysk neft kəməri yaxınlığında hərbi sursatlar tapılıb

  06 Dekabr 2017    Oxunub : 353
Bakı-Novorossiysk neft kəməri yaxınlığında hərbi sursatlar tapılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan AzVision.az-a verilən məlumata görə, dekabrın 6-da daxil olmuş zəngə əsasən, Giləzi qəsəbəsi ərazisindən keçən Bakı-Novorossiysk neft kəmərinin 106-cı km-nin yaxınlığına, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 112 ədəd partlamamış hərbi sursat (PHS), 250 ədəd partlamış-yanmış mərmi qalıqları və 275 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 168 500 kv.m (16.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 90 gün ərzində 21 265 ədəd partlamamış hərbi sursat (PHS), 11 797 ədəd partlamış-yanmış sursat qalıqları və 74 976 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 72 688 512 kv.m (7 269 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

AzVision.az

Teqlər: ANAMA   Xızı