Bakıda iki yolda sürət həddi aşağı salınıb

Bakıda iki yolda sürət həddi aşağı salınıb
  07 Dekabr 2017    Oxunub:1207
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA)AzVision.az-a verilən məlumata görə, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir:

“Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti