Qüds qalmaqalı: 8 ölkə Trampa qarşı təcili iclas çağırdı

Qüds qalmaqalı: 8 ölkə Trampa qarşı təcili iclas çağırdı
  07 Dekabr 2017    Oxunub:2078
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatına etiraz olaraq BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, Trampın Qüdsün statusu ilə bağlı bəyanatına görə 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.
BMT TŞ iclasının dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMT  





Xəbər lenti