İlham Əliyev xanımı ilə Qubaya gedib - Foto

  07 Dekabr 2017    Oxunub : 955
İlham Əliyev xanımı ilə Qubaya gedib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.



Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident   Quba   Mehriban-Əliyeva