“ASAN xidmət” Qubada 500 min vətəndaşa xidmət göstərəcək”

“ASAN xidmət” Qubada 500 min vətəndaşa xidmət göstərəcək”
  07 Dekabr 2017    Oxunub:5598
“ASAN xidmət” Quba və qonşu rayonlara xidmət göstərəcək, 500 min vətəndaşa xidmət göstərəcək”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında xalçaçılarla görüşü zamanı deyib.
Dövlət başçısı bildirib: “İndicə o mərkəzin açılışı olubdur. Məsləhət görürük ki, siz də gedib bu mərkəzin xidmətlərindən istifadə edəsiniz. Orada əhaliyə çox gözəl xidmət göstəriləcək. Orada 170, burada isə 150 iş yeri yaradılıb. İş yerlərinin yaradılması prosesi belə davam etməlidir. Orada da işləyənlərin əksəriyyəti qadınlardır. Biz çalışırıq ki, qadınların məşğulluq məsələlərini həll edək”.

AzVision.az



Teqlər: İlham-Əliyev   Prezident   ASAN-Xidmət  





Xəbər lenti