2018-ci ilin qeyri-iş günləri açıqlandı

2018-ci ilin qeyri-iş günləri açıqlandı
  07 Dekabr 2017    Oxunub:10692
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə bağlı qərar qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qərara əsasən 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 15, 16 iyun Ramazan bayramı, 22, 23 avqust Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti